AZ

Joze Mourinyo üçün sürpriz iddia: Onun yeni ünvanı AÇIQLANDI

“Roma”dan ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyonun “Vest Hem”in məşqçiləri siyahısında olduğu iddia edilib. 

Lent.az bildirir ki, İngiltərə mətbuatında yayılan xəbərə görə, müqaviləsi mövsümün sonunda bitəcək Devid Moyes "Vest Hem"dəki vəzifəsini tərk edəcək. Komanda rəhbərliyinin bu səbəbdən məşqçi axtarışına çıxdığı və namizədlərdən birinin də Joze Mourinyo olduğu iddia edilib. 

Qeyd olunub ki, Britaniya komandasının siyahısında Xulen Lopeteqi və Qrem Potter kimi adlar da var. Joze Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"də çalışıb. 

Ötən həftələrdə verdiyi açıqlamada yeni mövsümdə bir komandanı çalışdırmaq istədiyini deyən portuqaliyalı Mourinyo deyib: "Həyatım futboldur, hər yerdə məşq edə bilərəm".


 

Seçilən
106
28
Mənbələr
Şərh ()
Bağla