AZ

Antonio Kassano: “Joze Mourinyo məşqçi kimi tükənib”

“Roma”, “Real” və İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano portuqal mütəxəssis Joze Mourinyonu sərt tənqid edib.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

Kassanoya görə, Joze artıq ən yüksək səviyyədə məşqçilik etmək iqtidarında deyil:

“Məşqçi kimi Mourinyo tamamilə bitib. O, daha qismət deyil, daha məşqçilik edə bilmir. O, hər şeyi 10 il əvvəl etdiyi kimi edir! De Rossi “Roma”nı güclü komanda olduğuna inandırıb və o, qeyri-adi iş görür. Bu, həmişə onun üçün nəzərdə tutulub”, deyə Antonio Kassano fikrini bildirib.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Seçilən
110
2
Mənbələr
Şərh ()
Bağla