AZ

Tramp keçmiş kovboyu kənd rəsərrüfatı naziri təyin edə bilər

Donald Tramp prezident seçkilərində qalib gəlsə, çox güman ki, keçmiş kovboy və Texas kənd təsərrüfatı komissarı Sid Milleri (Sidney Carroll Miller) ölkənin yeni kənd təsərrüfatı naziri təyin edəcək. 

Qaynarinfo bu barədə "Politico"ya istinadən xəbər verir.

Nəşr qeyd edir ki, onun Amerika cəmiyyətinin gözündə reputasiyası çox qarışıqdır.

"Kənd Təsərrüfatı Nazirliyi (USDA) üçün - daha çox ərzaq və kənd təsərrüfatı siyasəti - Millerin təyinatı seysmik dəyişikliyi təmsil edəcək", deyə "Politco" yazıb.

Nəşr qeyd edir ki, Miller çox güman Bayden administrasiyasının kənd təsərrüfatında iqlim dəyişikliyi ilə mübarizə üçün ayırdığı milyardlarla dolları xəzinəyə qaytarmağa, habelə aşağı gəlirli amerikalılar üçün ölkənin ən böyük qidalanma proqramlarını azaltmağa çalışacaq. O, həmçinin ABŞ-ın kənd təsərrüfatı və ərzaq siyasətinin istiqamətini təyin edəcək 1,5 trilyon dollarlıq qanunvericilik paketi olan qarşıdan gələn Farm Bill üzrə müzakirələrdə əsas rol oynaya bilər. Sənəd artıq Konqresdədir, lakin onun qəbulu 2025-ci ilə təxirə salına bilər.

Millerin özü keçmişdə rodeolara səyahət etmək üçün dövlət vəsaitindən sui-istifadə etməkdə şübhəli bilinirdi, lakin ona qarşı rəsmi ittiham olmayıb. Bundan əlavə, onun keçmiş müşaviri bu yay rüşvətxorluq ittihamı ilə məhkəmə qarşısına çıxmalıdır.

"Politico" yazır ki, Millerin mübahisəli kimliyinə baxmayaraq, Tramp bəzi müttəfiqlərinə onun USDA-da yüksək vəzifəyə əsas namizəd olduğuna işarə edib.

Aydın

Seçilən
176
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17579
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17321
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16353
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14752
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13765
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10897
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10338
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9406
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9216
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
8539
"Zaur, yenə çaşdın..." - VİDEO
8302
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7146
Minimum əmək haqqı nə qədər arta bilər?
6497
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6133
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5845
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4936
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4802
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4688
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3973