AZ

Avropa Ukraynanın kənd təsərrüfatı mallarına yeni tarif tətbiq edəcək – Kiyev təşvişə düşdü

Avropa İttifaqı liderləri Ukraynanın kənd təsərrüfatı mallarının idxalına tariflər üzrə ilkin razılığa gəliblər. Avropa bu addımla kənd təsərrüfatı bazarlarının sabitliyini qorumağa çalışır.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Reuters” agentliyi Avropa diplomatiyasındakı mənbəsinə istinadən yayıb.

Nəşr qeyd edib ki, Aİ qanunvericiləri bazar ertəsi razılığa gəliblər və bu razılaşma Belçika tərəfindən təsdiqlənib. Bununla belə, tarif tədbirlərinin yekun şəkildə tətbiqi üçün Aİ-nin qalan üzv ölkələrindən və Avropa Parlamentindən razılıq almaq lazımdır.

Qeyd edək ki, martın 13-də Avropa Parlamenti Avropa Komissiyasının Ukraynadan Aİ-yə kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı rejiminin daha bir il müddətinə uzadılması təklifini dəstəkləməyib.

Bu sənəd baxılmaq üçün Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinə göndərilib.

Ukraynanın İqtisadiyyat və Ticarət Nümayəndəsinin müavini Taras Kaçka bildirib ki, Avropa İttifaqı tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına 2021-ci il səviyyəsində məhdudiyyət qoyulması ölkə iqtisadiyyatı üçün fəlakətli olacaq.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
185
3
Mənbələr
Şərh ()
Bağla