AZ

Abasovdan ikinci məğlubiyyət

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar Turnirində V turun oyunlarıkeçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunanturnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat AbasovDommaradju Qukeşlə qarşılaşıb.

Təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayıb.Nicat Torontoda ikinci məğlubiyyətini alıb.

İddiaçılar Turniri
V tur, 9 aprel

Alireza Firuzya – Hikaru Nakamura – 0:1
Dommaradju Qukeş – Nicat Abasov – 1:0
Vidit Santoş Qujrati – Fabiano Karuana – 0,5:0,5
Rameşbabu Praqnanandja – Yan Nepomnyaşi – 0,5:0,5

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan),Yan Nepomnyaşi (FİDE) - 3,5, 3. Fabiano Karuana (ABŞ) – 3, 4.Rameşbabu Praqnanandja (Hindistan) – 2,5, 5. Hikaru Nakamura (ABŞ)– 2,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 2, 7. Nicat Abasov(Azərbaycan), 1,5, 8. Alireza Firuzya (Fransa) – 1,5.

Qeyd edək ki, Abasov VI turda Rameşbabu Praqnanandja ilə üz-üzəgələcək. Təmsilçimiz yenə qara fiqurlarla oynayacaq.

Seçilən
146
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq