AZ

Nicat Abasovun 10-cu qarşıdurması

Bu gün şahmat üzrə İddiaçılar Turnirində X turun oyunları baş tutacaq.

Offsideplus.az xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşünü keçirəcək.

O, Hikaru Nakamura ilə qarşılaşacaq. 29 yaşlı təmsilçimiz qara fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

İddiaçılar Turniri
X tur, 15 aprel

Hikaru Nakamura – Nicat Abasov
Fabiano Karuana – Alireza Firuzya
Yan Nepomnyaşi – Dommaradju Qukeş
Rameşbabu Praqnanandja – Vidit Santoş Qujrati

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 5,5, 3. Rameşbabu Praqnanandja (Hindistan) – 5, 4. Hikaru Nakamura (ABŞ) – 4,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 4,5, 6. Fabiano Karuana (ABŞ) – 4,5, 7. Alireza Firuzya (Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, X turdan sonra şahmatçılara bir günlük istirahət veriləcək. XI turun matçları aprelin 17-də baş tutacaq.

Seçilən
154
7
Mənbələr
Şərh ()
Bağla