AZ

“Qaralar”la üçüncü məğlubiyyət

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar Turnirində VI turun oyunlarıkeçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat AbasovRameşbabu Praqnanandja ilə görüşüb.

Təmsilçimiz bu matçı qara fiqurlarla keçirib. Nicat KanadanınToronto şəhərində təşkil olunan turnirdə 3-cü məğlubiyyətini alıb.“Ağlar”la heç-heçələri, “qaralar”la məğlubiyyətləri sıralayanşahmatçımız üçüncü dəfə xalsız qalıb.

İddiaçılar Turniri
VI tur, 10 aprel

Dommaradju Qukeş – Hikaru Nakamura – 0,5:0,5
Vidit Santoş Qujrati – Alireza Firuzya – 1:0
Rameşbabu Praqnanandja - Nicat Abasov – 1:0
Yan Nepomnyaşi - Fabiano Karuana – 0,5:0,5

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan),Yan Nepomnyaşi (FİDE) - 4, 3. Fabiano Karuana (ABŞ) – 3,5, 4.Rameşbabu Praqnanandja (Hindistan) – 3,5, 5. Vidit Santoş Qujrati(Hindistan) – 3, 6. Hikaru Nakamura (ABŞ) – 3, 7-8. Alireza Firuzya(Fransa), Nicat Abasov (Azərbaycan) – 1,5.

Qeyd edək ki, Abasov VII turda Santoş Qujrati ilə üz-üzəgəkəcək. Təmsilçimiz I dövrədəki son matçını ağ fiqurlarlakeçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
az.trend.az

2Mənbələr