AZ

Trampın sözçüsü Ukraynada münaqişənin həlli planı ilə bağlı yayılan xəbərləri təkzib edib

"ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni ərazi güzəştləri yolu ilə Rusiya Federasiyasının xeyrinə həll etmək niyyəti barədə KİV-də yayılan məlumatlar reallığa uyğun gəlmir". Bizimyol.info xəbər verir ki, bu açıqlama ilə siyasətçinin seçki qərargahının müşaviri Ceyson Miller çıxış edib. “Bunların hamısı "The Washington Post"dan yayılan saxta xəbərlərdir. Onlar bunu sadəcə uydurublar. Qırğınların dayandırılmasının vacibliyindən danışan yeganə şəxs prezidentliyə namizəd Trampdır. Amerika administrasiyasının hazırkı rəhbəri Co Bayden qırğınların davam etdirilməsindən danışır”, - deyə Trampın sözçüsü "New York Post" qəzetinə bildirib. Aprelin 7-də “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, münaqişəyə son qoymaq üçün Ukraynadan ərazi güzəştləri əldə etmək niyyətindədir. Nəşrin mənbələrinə görə, Trampın təklifi Ukraynanı Krımı və Donbass sərhəd bölgəsini Rusiyaya verməyə məcbur etməkdir. Tramp bundan əvvəl bəyan etmişdi ki, ABŞ prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıra bilər. O, Kiyevin ərazi güzəştlərinə getməli olacağını istisna etməyib. Yanvarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə demişdi ki, Rusiya tərəfinin Trampın Ukrayna ətrafındakı münaqişənin tez bir zamanda həlli ilə bağlı seçki vədlərinin necə reallaşa biləcəyindən xəbəri yoxdur, müvafiq təmaslar olmayıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
9
Mənbələr
Şərh ()
Bağla