AZ

Tramp söz verir, hakimiyyətə gələn kimi...

...Xan məni almışdı və qalmışdı neyləməyi?

Deməli, Donald Trampın Ukraynada müharibəyə son qoymaq planı Ukraynanı Rusiyaya ərazi verməyə məcbur etməkdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post”a Trampın çevrəsindən onunla bu məsələni müzakirə edən şəxslər bildiriblər.

Qeyd olunur ki, Tramp dəfələrlə Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Rusiya və Ukrayna arasında sülh sazişi üzrə danışıqlar aparacağı ilə öyünüb.

Lakin o, müntəzəm olaraq planın məzmununu ictimaiyyətə açıqlamaqdan imtina edib.

Adının açıqlanmasını istəməyən Trampla məsələni müzakirə edən insanlar “The Washington Post”a bildiriblər ki, plan Ukraynanı Krımı və Donbası işğalçı ölkəyə verməyə sövq etməkdir.

Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, şəxsi söhbətində Tramp deyib ki, onun fikrincə, həm Rusiya, həm də Ukrayna “üzünü xilas etmək istəyir, çıxış yolu istəyirlər” və guya Ukraynanın bəzi bölgələrindəki insanlar buna razı olacaqlar.

...İddia olunur ki, Trampın bəzi tərəfdaşları onu belə bir plandan çəkindirməyə çalışıblar

Qeyd edək ki, Trampın mətbuat xidməti bu məlumatı birbaşa təkzib etməkdən imtina edərək, yuxarıdakı sübutların inandırıcı olmadığı barədə bəyanatla kifayətlənib.

...Yox ey, yuxarıdakı o məsəli burada da çəkmək istərdim.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
9
sia.az

10Mənbələr