AZ

Kuleba: Rusiyanın hücumları Ukraynanı xəritədən silmək ideologiyasına xidmət edir

\"Rusların sistemli hücumları ukraynalıları öldürür\"

 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO Xarici İşlər Nazirləri Toplantısı üçün Belçikanın paytaxtı Brüsseldə olan Kuleba, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO-Ukrayna Şurasından əvvəl birgə mətbuat bəyanatı veriblər.
 
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, Rusiyanın ölkəsinə qarşı intensiv raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını davam etdirdiyini bəyan edib. Həmçinin bu hücumların məqsədinin \"Ukraynanı xəritədən silmək ideologiyasına xidmət etdiyini” bildirib.

Rusiya ordusunun bu gecə \"Şahed\" tipli PUA-larla Ukraynanın Xarkov şəhərinə intensiv hücum təşkil etdiyini xatırladan Kuleba bunları deyib:\"Rusların sistemli hücumları ukraynalıları öldürür, Ukrayna iqtisadiyyatına ziyan vurur. Bu, Rusiyanın Ukraynanı xəritədən silmək ideologiyasına xidmət edir\".

Gülay
Seçilən
164
29
Mənbələr
Şərh ()
Bağla