- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Brüsseldə Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında əsas mesaj Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi olacaq.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
"Biz bilirik ki, təkcə mart ayında Ukraynaya 90-dan çox ballistik raket atılıb. Təəssüf ki, bizdə kifayət qədər hava hücumundan müdafiə sistemləri yoxdur. Ona görə də bu gün biz bu məsələni müzakirə edəcəyik", - deyə o bildirib.
Nazir əlavə edib ki, indi Ukraynanın həyatını, şəhərlərini, Ukraynanı xilas etmək çox vacibdir və bütün bunlar müxtəlif hava hücumundan müdafiə sistemlərindən asılıdır, xüsusən bu, "Patriot"a aiddir, çünki onlar ən güclüdür.