AZ

“Türkiyə və bölgənin gələcəyində terrora yer yoxdur”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyənin və bölgənin gələcəyində terrora yer olmadığını hər kəsə göstərməkdə qərarlıyıq” dedi.

  Prezident Külliyəsi Sərgi Salonunda Polis, Jandarma və Sahil Mühafizəsi əməkdaşları ilə görüşdüyü iftar proqramında çıxışında R.T.Ərdoğan bunları söyləyib: “Terror siyasətin üstündə düşünülən bir məsələdir. PKK-dan FETÖ-yə, DAİŞ-dən DHKP/C-yə qədər bütün terror təşkilatları fərq qoyulmadan millətimizin düşmənidir. Hökumət və dövlət olaraq biz terrora qarşı çox effektiv və uğurla mübarizə aparırıq.

  Türkiyə terroru həm daxildə, həm də xaricdə mənbəyində məhv etmək strategiyasının bəhrəsini alır. Fasiləsiz əməliyyatlar sayəsində separatçı terror təşkilatını məhv olmaq həddinə çatdırdıq.

  Suriya və İraqdakı əməliyyatlarımızla DAİŞ və PKK-YPG terror təşkilatlarını sərhədlərimizdən çıxardıq. Atdığımız bu müsbət addımı qətiyyətlə davam etdirmək gücündə olduğumuzu dost, düşmən olan hər kəsə göstərmək əzmindəyik. Türkiyə və bölgənin gələcəyində terrora yer yoxdur."



Seçilən
109
17
Mənbələr
Şərh ()
Bağla