AZ

Türkiyə Milli Təhlükəsizlik Şurası TOPLANIR

Türkiyə Milli Təhlükəsizlik Şurası iki aylıq fasilədən sonra bu gün Beştəpədə toplanacaq.Bakıvaxtı.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın ən mühüm gündəm mövzusu sərhədyanı terrorla mübarizə əməliyyatları olacaq.Qeyd edək ki, Türkiyənin hədəfi bu yaya qədər İraq sərhədlərində təhlükəsizlik perimetrini tamamlamaqdır. Bu çərçivədə yığıncaqda Şimali İraqda terror ünsürlərinin məhv edilməsi üçün davam edən əməliyyatların genişləndirilməsi müzakirə olunacaq.Eyni zamanda, iclasda Ərdoğanın bu ayın sonunda Bağdad səfərinə hazırlıq, terror təşkilatı PKK tərəfdarlarının Avropada yaşayan türklərə və Türkiyənin diplomatik nümayəndəliklərinə qarşı hücumları da müzakirə olunacaq.  Günəş Mərd

Seçilən
136
17
Mənbələr
Şərh ()
Bağla