AZ

Ukraynanın taxıl ixracı artıb

Dövlət Gömrük Xidmətinin məlumatına görə, aprelin 3-nə Ukrayna 2023/24-cü ilin əvvəlindən 35,416 milyon ton taxıl və paxlalı məhsul ixrac edib ki, bunun da 555 min tonu bu ay göndərilib.

Fins.az xəbər verir ki, bu barədə Ukrayna Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ötən ilin analoji tarixinə ümumi yükdaşımalar 38,047 milyon ton təşkil edib ki, bunun da cəmi 71 min tonu aprel ayında daşınıb.

Ümumilikdə cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda - 14,034 milyon ton (apreldə 192 min ton)

- arpa - 1,963 milyon ton (1 min ton);

- çovdar - 1 min ton (0);

- qarğıdalı - 19,126 milyon ton (361 min ton).

Aprelin 3-nə Ukrayna ununun ümumi ixracı da ötən ildən aşağıdır (115,9 min ton) və 80,1 min ton (apreldə 0,8 min ton), o cümlədən buğda unu - 75,9 min ton (0,7 min ton) qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
3
Mənbələr
Şərh ()
Bağla