AZ

Ukraynanın taxıl ixracı 36 milyon tonu ötüb

2023/24-cü ilin əvvəlindən Ukrayna 36,1 milyon ton taxıl və paxlalı məhsul ixrac edib ki, bunun da 1,2 milyon tonu aprel ayında göndərilib.

Fins.az-ın məlumatına görə, bu baradə Ukrayna Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti xəbər verir.

Qeyd olunur ki, ötən ilin eyni tarixinə ümumi daşınma 38,5 milyon ton, o cümlədən apreldə 476 min ton təşkil edib.

Ümumilikdə, cari mövsümün əvvəlindən ixrac edilən:

- buğda - 14,3 milyon ton (2022/23 MY-da - 13,2 milyon ton)

- arpa - 1,97 milyon ton (2,3 milyon ton);

- çovdar - 1 min ton (17,7 min ton);

- qarğıdalı - 19,5 milyon ton (22,7 milyon ton).

Mövsümün əvvəlindən aprelin 5-nə Ukrayna ununun ümumi ixracı 80,8 min ton (2022/23 MY-da 117,5 min ton), o cümlədən 76,4 min ton buğda unu (112,9 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
3
Mənbələr
Şərh ()
Bağla