AZ

"İsrail istəyir ki, İran onu vursun, sonra..." - Zərdüşt Əlizadə

“İsrail təxribata əl atır. Çalışır ki, İran onu vursun, sonra dünya ictimaiyyətinə müraciət etsin, Amerikaya sığınsın. Otuz ildir ki, İsrail Amerikayla İranı vuruşdurmağa çalışır. İranın daxilində iranlı alimlərə, sənaye müəssisələrinə qarşı terror aktı törədir. İranın əks-kəşfiyyatı İsrail kəşfiyyatı ilə bacarmır. İsrail kəşfiyyatı güclü işləyir”.


Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.


Onun sözlərinə görə, İran İsraildən gec-tez qisasını alacaq:

“Əslində bir neçə yəhudi HƏMAS-ı İsrailin yaratdığını etiraf ediblər. Onlar bildiriblər ki, HƏMAS-ı ona görə hakimiyyətə gətiriblər ki, fələstinlilər iki dövlət tələbini ortaya qoya bilməsinlər. İndisə hələ dəheç kəs bilmir ki, bu əməliyat planının başında İsrail kəşfiyyatı, yoxsa başqa təşkilat durur. İran qisas alır, amma onu isti-isti etmir. Qasım Süleymaninin qətlini buna misal çəkmək olar. İndi də İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu və orda insanlar öldü. Təbii ki, İran da qisasını alacaq, amma dərhal deyil. Aranın sakitləşməsini gözləyəcək və əli çatan yerdən vuracaq”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
18
Mənbələr
Şərh ()
Bağla