AZ

İsrail İran İnqilabı Keşikçiləri Korpusunu “terror təşkilatı” elan etməyə çağırıb

İsrailin xarici işlər naziri Yisrael Katz İranın raket proqramına qarşı sanksiyaların tətbiqinə və İran İnqilabı Keşikçiləri Korpusunun “terror təşkilatı” elan edilməsinə çağırıb.Xarici işlər naziri Katz X sosial media hesabındakı paylaşımında 32 ölkəyə məktublar göndərdiyini, bir çox həmkarı və dünyanın öndə gedən adları ilə görüşdüyünü bildirib.Katz bildirib ki, 32 ölkəyə göndərdiyi məktubda və həmkarları ilə keçirdiyi görüşlərdə İranın qarşısını almaq və zəiflətmək üçün Tehranın raket proqramına qarşı sanksiyaların tətbiq edilməsini və İran İnqilabı Keşikçiləri Korpusunun “terror təşkilatı” elan edilməsini istəyib.Katzın çağırışı, İranın 13 apreldə İsrailə yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə hücumlarına cavab gözləntilərinin davam etdiyi bir vaxtda gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
18
Mənbələr
Şərh ()
Bağla