AZ

"Qırğı" Trampın xarakterini açdı: Onda diktator beyni yoxdur

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki sabiq milli təhlükəsizlik müşaviri deyib ki, keçmiş prezidentin Hitler kimi hökmdarlara heyran olmasına baxmayaraq, diktatura qurmaq üçün beyni yoxdur.

Publika.az xəbər verir ki, 75 yaşlı "Qırğı" ləqəbli Con Bolton Fransanın “Le Figaro” nəşrinə danışıb.

Boltondan soruşulub ki, Trampın əvvəllər təriflədiyi diktatorları əks etdirən meyilləri varmı?

Bolton Trampın intellektual imkanlarını aşağılamamaqla yanaşı, sabiq prezidentin keçmişini də diqqətə çatdırıb: “Zarafat edirsiniz, o, əmlakçıdır. Onun siyasi fəlsəfəsi yoxdur. Məhkəmədə 80-dən çox cinayət ittihamı və milyonlarla dollarlıq mülki məsələləri var. Birinci dövründə yaxşı iş görməyən Tramp ikinci dönəmində də uğur qazana bilməyəcək. Onda diktator beyni yoxdur”.

Tramp yenidən seçiləcəyi təqdirdə diktator olmağı planlaşdırır. O mitinqlərində tez-tez ayrı-seçkilik ifadələri işlədir və seçilməsə, nəticəsinin fəlakətli olacağını deyir. Davamlı olaraq təxribatçı ifadələr işlədən Tramp ölkədəki mühacirlərin “ölkənin qanını zəhərlədiyini” də iddia edib.

Seçilən
198
2
Mənbələr
Şərh ()
Bağla