AZ

Keçmiş müşaviri Trampın ABŞ-ı NATO-dan çıxaracağından qorxur...

Keçmiş prezident Donald Tramp prezident seçkilərində qalib gəlsə, ABŞ Şimali Atlantika Alyansını (NATO) tərk edə bilər...Poliqon xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Le Figaro qəzetinə deyib."Mənə elə gəlir ki, yenidən seçiləcəyi təqdirdə onun NATO-dan çıxma ehtimalı yüksəkdir. Bir fikri olanda Tramp təkrar-təkrar ona qayıdır, sonra unudur, amma sonda xatırlayır və hərəkətə keçir. Bir çox insanlar bunun sadəcə danışıqlar vasitəsi olduğunu düşünür, amma mən belə düşünmürəm", deyə Bolton bildirib.Bolton xatırladıb ki, 2018-ci ildə Tramp artıq Vaşinqtonun Alyansdan çıxma imkanını nəzərdən keçirib və bu, ABŞ-ın avropalı müttəfiqləri arasında qorxuya səbəb olub.Qeyd edək ki, Tramp dəfələrlə NATO-dan çıxmaqla bağlı danışıb. Bu, ABŞ-ın avropalı müttəfiqlərinin narazılığına səbəb olub. Hətta bir müddət əvvəl Avropanın NATO ölkələrinin Trampın hakimiyyətə qayıdışına hazırlaşdığı deyilirdi.Poliqon.info

Seçilən
206
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq