AZ

Baydenlə Tramp arasında mübarizə DAVAM EDİR - ABŞ lideri 5 ştatda irəliləyib

ABŞ-ın hazırki lideri və keçiriləcək prezident seçkilərində namizəd Co Bayden yeddi əsas əyalətdən birində Trampı qabaqlamağı bacarıb və daha 5 ştatda reytinqini artırıb.

Bizim.Media xəbır verir ki, bu barədə “Bloomberg”in keçirdiyi sorğuda məlumat verilib.

Viskonsin ştatında Bayden Trampı bir xal qabaqlayıb. Pensilvaniyada keçən ay Trampın altı xal üstünlüyü əldə etməsindən sonra xallar bərabərləşib. 

Qeyd edilir ki, bununla yanaçı, Bayden yeddi əsas ştatdan dördündə Trampdan geridə qalmaqda davam edir: “Arizona (Tramp üçün +5), Corciya (+7), Nevada (+2) və Şimali Karolina (+6)”.
Ümumilikdə, ştatlarda Trampın üstünlüyü 4 xaldır.


Bizim.Media

Seçilən
120
41
Mənbələr
Şərh ()
Bağla