AZ

Juninyo üçün prezident görüşü

“Beşiktaş” “Qarabağ”ın hücumçusu Juninyonun transferi üçün danışıqları intensivləşdirmək qərarına gəlib.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisində məsələyə artıq prezident səviyyəsində baxılır. Belə ki, “ağ-qaralar”ın rəhbəri Hasan Arat şəxsən braziliyalının keçidində maraqlıdır. Bildirilir ki, o, yaxşı münasibətdə olduğu “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəllə görüşərək, bu məsələni müzakirə edəcək. Superliqa təmsilçisi 27 yaşlı forvardı tələb olunan 8 milyon avrodan ucuz qiymətə almağa çalışacaq.

Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Seçilən
177
1
Mənbələr
Şərh ()
Bağla