AZ

"Beşiktaş" Juninyo üçün israr edir

"Beşiktaş" "Qarabağ"ın futbolçusu Olaviyo Juninyonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Hasan Arat transferi tamamlamaq üçün hərəkətə keçib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Beşiktaş" transfer dəyəri 1 milyon avro olan braziliyalı hücumçunu iki tərəf üçün də uyğun qiymətə tamamlamaq niyyətindədir.

Hücumçunun adı daha əvvəl Fransanın "Tuluza" komandası ilə də hallanırdı.

Juninyo bu mövsüm "Qarabağ"la 44 oyunda 25 qol vurub, 8 məhsuldar ötürmə edib.
Seçilən
176
35
Mənbələr
Şərh ()
Bağla