AZ

“Qarabağ” Juninyo üçün 8 milyon istəyir?

"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ"ın hücumçusu Olavio Juninyonun transferi üçün mövsüm bitmədən Bakıya gələcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Fotomaç" nəşri məlumat yayıb. 

Bildirilir ki, "sambaçı"nı çox bəyənən Aybaba "qara-qartallar"ın rəhbərliyindən razılıq aldıqdan sonra "Qarabağ"la əlaqəyə keçib. Azərbaycan çempionu transfer üçün 8 milyon avro istəsə də, məğləğin endiriləcəyi də vurğulanır. Bu səbəbdən də istanbullular mövsüm bitməmiş braziliyalının keçidini həll etməyi planlaşdırırlar. 

Qeyd edək ki, Samet Aybaba Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə (2:3) səfər oyununu "Bay Arena"da izləyib və Juninyo ilə bağlı müsbət rəy verib.

Bizim.Media
 

Seçilən
148
35
Mənbələr
Şərh ()
Bağla