AZ

"İsrail və Ukraynanın münasibətləri möhkəmlənərsə, nə baş verəcək?.." - Feyqin

"Rusiya-Ukrayna müharibəsinə neytral mövqe saxlamaqla İsrail özünü təhlükəyə məruz qoyur..."
 
"Moskva nüvə silahını Tehranla bölüşürsə, nədən İsrail bunu Ukrayna ilə bölüşməsin ki?.."
 
Müasir dünyada balansı yalnız nüvə silahının yayılması ilə saxlamaq mümkündür.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı hüquq müdafiəçisi Mark Feyqin bəyan edib. Məlumagı "nikk.agency" nəşri yayıb.
 
Məlumatda deyilir ki, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinin çıxışını dinləmək üçün xüsusi olaraq Varşavaya gələn israilli qadın ona bu sualla müraciət edib:
 
"Bu gün Ukrayna ilə İsrail arasında münasibətlərin möhkəmləndirilməsi üçün zəminlər varmı və burada müsbət dəyişikliklər dünya geosiyasətinə necə təsir edəcək?".
 
Feyqin xatırladıb ki, HƏMAS-ın İsrailin cənubunda törətdiyi qanlı qətliamdan iki həftə öncə o, Təl-Əvivdə çıxış edərək xəbərdarlıq edib ki, Rusiya-Ukrayna müharibəsinə münasibətdə neytral mövqe saxlamaqla İsrail özünü təhlükəyə məruz qoyur.
 
"Belə də oldu, İsrail hakimiyyəti, Netanyahu hökuməti, sanki həmişə Rusiyaya, Moskvaya, Putinə bel bağlayıb. Bununla öyünərək o, deyib:
 
"Bu, İsrailin başına heç bir pis şeyin gəlməyəcəyi üçün etibarlılıq zəmanətidir"...Budur, oktyabrın 7-də, yeri gəlmişkən, Putinin doğum günündə bu, baş verib", - Feyqin qeyd edib.
 
"Nə qədər ki, İsrail hökumətinin başında Netanyahu dayanıb, düşünmürəm ki, Kiyev və Qüds arasında daha yaxın münasibətlər mümkün olsun.
 
Çünki bu, İsraildə sağçıların Moskvanı qəzəbləndirməmək cəhdləri ilə üzləşir. Yəni qismən eyni siyasət davam etdirilir. Hərçənd, Qəzzada baş verən hadisələrlə bağlı hazırda dəyişməkdədir", - o, davam edib.
 
Hüquq müdafiəçisi əmin olduğunu bildirib ki, Qüds və Kiyevin münasibətləri sıx əməkdaşlığa çevrilməlidir, çünki hər iki  tərəf tamamilə təhrik edilməyən hücumlara məruz qalıb, məqsəd də dünyanın geosiyasətini dəyişmək olub. "Və bu geosiyasət dəyişib", - Feyqin qeyd edib.
 
O, Qüds və Kiyevin əməkdaşlığının necə ola biləcəyini müfəssəl təsvir edib.
 
"Aydındır ki, onlar "Dəmir Günbəz" də verə bilər, bunlar yaxşıdır. Lakin qlobal hərəkət etmək, nüvə texnologiyaları ilə bölüşmək gərəkdir.  İsrailin nüvə silahı yoxdurmu? Moskva bunu İranla bölüşürsə, nədən İsrail Ukrayna ilə bölüşməsin? Mən əminəm ki, orada əməkdaşlıq buna da yönəlib", - Feyqin bəyan edib.
 
"Mən möhkəm əminəm ki, Moskva və müttəfiqlərinin  törətdikləri cinayətlər şəraitində müasir dünyada balansı yalnız nüvə silahının yayılması ilə saxlamaq mümkündür.
 
Nüvə silahına malik olan ölkələr öz suverenliyi və təhlükəsizliyinə zəmanət verir. Əgər Qüds Kiyevlə bu istiqamətdə əməkdaşlıq etsəydi (əlbəttə, bu, Kiyevin məsuliyyət zonasıdır), o zaman yəqin ki, perspektiv tamam başqa cür olacaqdı.
 
Sadəcə, götürüb taktiki raketlərin verildiyi Belarusdan başqa, Ukraynanın da belə növ silahı olsa, bunun açıq şəkildə yayılmasında mən böyük problem görməzdim", - Feyqin deyib.

 

Seçilən
181
49
Mənbələr
Şərh ()
Bağla