AZ

“Azərbaycan iki saata kəndləri azad edəcək”

“Ermənilərin qarşısında seçim var. Paşinyan isə cəmiyyətə üz tutub deyir ki, indiyəcən bizə qanuni şəkildə məxsus olmayan torpaqları könüllü qaytarmayanda, Azərbaycan tərəfi hərbi əməliyyata aparır, qalib gəlir, nəticədə xeyli erməni həlak olur və həmin əraziləri itirirdik. Mən hər dəfə sizə deyirəm ki, gəlin, torpaqları könüllü verək, ölümsüz-itimsiz. Siz isə deyirsiniz ki, yox, ölərik, amma torpağı vermərik”. Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan ordusuna Qazaxın dörd kəndini azad etmək üçün iki saat vaxt bəs edəcək:




“Paşinyan yenə izah etməyə çalışır ki, Azərbaycan bu 4 kəndi istəyir. Ermənistanın bütün sənədlərində bu kəndlər hüquqi cəhətdən erməni ərazisi kimi göstərilmir. Bunlar Azərbaycan kəndləridir. Müharibənin ilkin mərhələsində Ermənistan bu kəndləri tutub, indi isə Azərbaycan tərəfi qalibdir, onların qaytarılmasını istəyir. Düzdür, bu kəndlərinin birinin ərazisindən respublika əhəmiyyətli yol keçir və bu məsələni də texniki cəhətdən həll etmək olar”.
Z.Əlizadə deyib ki, Ermənistanda bir sıra qüvvələr təxribat yaratmağa çalışırlar:
“Ermənistan cəmiyyətində münaqişə sayəsində hakimiyyətə gəlmiş, xalqı soymuş, bəh-bəhlə yaşayan adamlar bağırırlar ki, “biz ölərik, amma bu kəndləri vermərik”. Bir vaxtlar Qarabağı da vermərik deyirdilər. Paşinyan gedib kəndlilərlə görüşdü və dedi ki, biz bu kəndləri verməsək, müharibə olacaq və nəticəni özünüz bilirsiniz. Amma həmin müxalif qüvvələr hay-həşir salır, müxtəlif dəstələr kəndlərə gəlib onları silaha sarılmağa səsləyirlər. Nəticə bəllidir necə olacaq”.
Politoloq bildirib ki, Azərbaycan bir müddət gözləyəcək və Paşinyan məsələni danışıq yoluyla həll edə bilməsə, hərbi əməliyyatlar qaçılmaz olacaq:
“Azərbaycan görsə ki, Paşinyan dövlət rəhbəri kimi öz iradəsini yeridə, kəndləri könüllü sürətdə təhvil verə, postları çəkə bilmir, o zaman həmin kəndlərə girəcək. İki saat ərzində orda bir nəfər də erməni qalmayacaq. Amma sonradan Onlar bütün dünyaya haray salacaqlar. Bunların məqsədi odur ki, beynəlxalq aləmdə Azərbaycanı qaralasınlar. Onlar bilirlər ki, o kəndlər qaytarılacaq. Hər dəfə məsələ bu cür həll ediləndə danışıqlar prosesinə ciddi zərbə dəyir, tərəflər arasında etimad itir. Sülh müqaviləsinin imzalanması prespektivi geri gedir. Onlar hər dəfə ümid edirlər ki, növbəti qırğın nəticəsində Paşinyanı yıxıb, hakimiyyətə gəlib, təzədən erməni xalqını minib, ciblərini dolduracaqlar”.
Qeyd edək ki, dövlət sərhədinin delimitasitası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Azərbaycan ilk olaraq 4 kəndin qaytarılmasını tələb edir. Ermənistan isə Azərbaycanın 31 kəndə nəzarətinin aradan qaldırılmasını istədiyini bildirib. Dünən isə Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan da Qazaxın işğal altındakı kəndlərinə gəlib. S.Ohanyan Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşdə onları müqavimət göstərməyə çağırıb.

Seçilən
174
30
Mənbələr
Şərh ()
Bağla