AZ

İsrail ordusu Hələbə hücum etdi: 38 nəfər öldü

İsrail ordusunun Suriyanın Hələb şəhəri çölündə həyata keçirdiyi hücumda aralarında mülki vətəndaşların da olduğu 38 nəfərin həyatını itirdiyi açıqlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada İsrail ordusu və bəzi silahlı qrupların Hələb çölündə müxtəlif nöqtələri hədəfə aldığı açıqlanıb.

Hücum nəticəsində çoxlu əsgər və mülki vətəndaşın öldüyü, ictimai binalara və şəxsi mülklərə ziyan dəydiyi bildirilib.

Bölgədə Hizbullaha məxsus silah anbarlarının da olduğu bildirilib. İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.

Nəzrin
Seçilən
181
16
Mənbələr
Şərh ()
Bağla