AZ

İsrail ərzaq yardımı gözləyən fələstinlilərə atəş açdı - Xeyli ölü və yaralı var

İsrailin Qəzza şəhərinin cənub-qərbində ərzaq yardımı gözləyən fələstinlilərə atəş açması nəticəsində 77 nəfər ölüb, 250-dən çox adam yaralanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu bu dəfə Qəzza şəhərinin cənub-qərbində ərzaq yardımı üçün növbə gözləyən fələstinli mülki vətəndaşları hədəfə alıb.
 
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada ərzaq yardımı gözləyən kütləyə atəş açılması nəticəsində 77 nəfərin öldüyü, 250-dən çox adamın yaralandığı bildirilib.
 
Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada hücumun \"mülki insanlara qarşı soyuqqanlı bir qırğın\" olduğu və İsrailin davam edən \"soyqırım müharibəsi\"nin bir hissəsi olduğu bildirilib.
 
Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrailin hücumu əvvəlcədən planlaşdırdığı bildirilib.
 
Mikayıl
Seçilən
152
16
Mənbələr
Şərh ()
Bağla