AZ

"Hizbullah" İsrail hədəflərinə 11 hücum təşkil edib

"Hizbullah" Hərəkatı Livanın cənubundan İsrailin sərhəd bölgəsindəki hərbi mövqelərə və yaşayış məntəqələrinə müxtəlif silahlarla 11 hücum təşkil edildiyini açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, "Hizbullah" son 24 saat ərzində Livan ərazisindən İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada 3 mülki vətəndaşın həyatını itirdiyi Livanın cənubundakı Hula qəsəbəsinə edilən hücuma cavab olaraq İsrailin Kiryat Şmona və Kfar Blum qəsəbələrinə onlarla Katyuşa raketinin atıldığı bildirilib.

İsrailin Bağdadi və Birket Rişe mövqeləri, Kiryat Şmona kazarmasındakı 769-cu Şərq briqadasının qərargahı, Kefr Şubaa təpəsindəki Ruveysat əl Alem mövqeləri raketlər və müvafiq silahlarla vurulub.

İsrailin sərhəddəki hərbi mövqelərinə yerləşdirilmiş 2 Merkava tipli tankın da hədəfə alındığı da bildirilib.

İsrail ordusunun radiosu Livandan Kiryat Şmona istiqamətində 30 raketin atıldığını və 10 raketin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu qeyd edib.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Seçilən
127
16
Mənbələr
Şərh ()
Bağla