AZ

Volvo Cars dizel avtomobillərinin istehsalını dayandırıb

Volvo Cars martın 26-da Göteborqda konveyerdən çıxan sonuncu dizel mühərrikli XC90 SUV avtomobilini təqdim edib. 

Marja xəbər verir ki, şirkət 2030-cu ilə qədər tamamilə elektromobillərin istehsalına keçəcək.

Volvo Cars 2023-cü ilin sentyabrında dizel avtomobillərinin istehsalını dayandırdıracağını elan etmişdir.

Şirkətin baş direktoru Jim Rowan bildirib: "Elektrik güc aqreqatları bizim gələcəyimizdir, onlar daxili yanma mühərriklərindən üstündürlər: onlar daha az səs-küy, daha az vibrasiya, müştərilərimiz üçün daha az texniki xidmət xərcləri və sıfır emissiya deməkdir".

Onun sözlərinə görə, şirkət hazırda iqlim dəyişikliyinə reaksiyasının əsas hissəsi olan geniş premium elektrik avtomobilləri portfelinin yaradılmasına diqqət yetirir.

Volvo Cars-ın sahibi 2010-cu ildə İsveç minik avtomobili istehsalçısını Ford Motor-dan 1,8 milyard dollara satın alan Çin holdinqi Zhejiang Geely Holding-dir. 

Seçilən
95
7
Mənbələr
Şərh ()
Bağla