AZ

"Volvo" sonuncu dizel avtomobilini buraxdı

İsveçin avtomobil istehsalçısı "Volvo Cars" öz tarixində sonuncu dizel avtomobilini buraxıb.

Valyuta.az bu barədə TT.se portalına istinadən xəbər verir.

Sonuncu dizel avtomobili XC90 SUV-dur. Model martın 26-da Göteborqda konveyerdən çıxıb.

"Volvo" premium elektrik avtomobillərinin istehsalına diqqət yetirmək qərarına gəlib. 2030-cu ilə qədər şirkət tamamilə avtomobil istehsalına keçməyi planlaşdırır.

"Elektrik güc aqreqatları bizim gələcəyimizdir, onlar daxili yanma mühərriklərindən üstündürlər: onlar daha az səs-küy, daha az vibrasiya, müştərilərimiz üçün daha az texniki xidmət xərcləri təklif edir egzoz emissiyaları sıfırdır", deyə şirkətdən bildirilib.

"Volvo "Cars 2010-cu ildən Çinin Zhejiang Geely Holdinqinə məxsusdur. Holdinq markanı "Ford Motor"dan 1,8 milyard dollara alıb.

Paşa Məmmədli
 

Seçilən
80
7
Mənbələr
Şərh ()
Bağla