AZ

“Volvo Cars” dizel avtomobillərinin istehsalını dayandırıb

“Volvo Cars” martın 26-da Göteborqda konveyerdən çıxan sonuncu dizel mühərrikli “XC90 SUV” avtomobilini təqdim edib.Bu barədə çərşənbə günü “TT” agentliyi məlumat yayıb. Qeyd olunub ki, 2030-cu ilə qədər şirkət tamamilə elektromobillərin istehsalına keçəcək.

“Volvo Cars” 2023-cü ilin sentyabrında dizel avtomobillərinin istehsalını dayandırdığını elan etmişdi. “Volvo Cars”ın hazırda sahibi Çinin “Zhejiang Geely” holdinqidir. Çin holdinqi şirkəti İsveç minik avtomobili istehsalçısını 2010-cu ildə “Ford Motor”dan 1,8 milyard dollara satın alıb.

AzVision.az

Seçilən
73
7
Mənbələr
Şərh ()
Bağla