AZ

Prezident seçkiləi rublun taleyinə necə təsir göstərəcək? (ŞƏRH)

Rusiya və Ukrayna arasında davam edən müharibəyə görə Rusiyaya tətbiq edilən sanksiyalar həm rus rubluna, həm də iqtisadiyyatına təsirsiz ötüşmür. Bu təsir hər gün bir az da artır. Son dövrlər Rusiyanın xarici ticarət dövriyyəsi kəskin azalıb.  Bundan əlavə, Rusiyada prezident seçkilərinin keçirilməsi və bu seçkilərdən hazırkı prezident Vladimir Putin qalib çıxdı. Son günlər isə ard-arda Rusiya neft bazalarında partlayışlar baş verir. Davam edən bütün bu proseslərin fonunda rublu növbəti mərhələdə nə gözləyir?

Bu barədə Valyuta.az-a danşan iqtisadçı Eldəniz Əmirov deyib ki, prezident seçkilərinin rublun taleyinə, məzənnəsin köklü təsir edəcəyini gözləmir:

“Putinin yenidən prezident seçilməsindən sonra qısa müddət ərzindı rubla təzyiqin azalmasını müşahidə edə bilərik, amma bir müddət sonda düşünürəm ki, bu təzyiq yenə seçkidən əvvəlki səviyyəyə qaydacaq”.

Rusiyada son günlər neft bazasında baş verən partlayışların Rusiya iqtisadiyyatına təsiri haqqında da danışan iqtisadçl bildirib ki, bu partlayışların təsiri yox dərəcəsindədir:

“Bu partlayışlar nəticəsində dəymiş zərər ümumi iqtisadi güclə müqayisədə çox kiçikdir. Sadəcə psixoloji faktor olaraq ümumi tendensiyaya mənfi təsirləri var”. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
35
valyuta.az

10Mənbələr