AZ

Ermənistan hava limanından rusları niyə qovur? (ŞƏRH)

"Zvartnos" aeroportu məsələsində tərəflərin konsensusa gələcəklərini düşünürəm. Rusiya bu aeroportdakı təmsilçilərini geri çağıra bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın avqusta qədər Rusiya hərbçilərinin "Zvartnos" hava limanından çıxarılması tələbini şərh edərkən deyib

Qabil Hüseynli bildirib ki, "Zvartnos" aeroportunda çalışan Rusiya sərhədçilərinin sayı çox deyil, cəmi 12 nəfərdən ibarət qrupdur:

"Bu qədər insanın aeroportdan çıxarılması və onun rəsmiləşdirilməsi o qədər də mürəkkəb bir hadisə deyil. Artıq bununla əlaqədar olaraq Rusiyaya müraciət ünvanlanıb. Moskva da bu müraciəti aldığını bəyan edib. Çox az sayda olan rus sərhədçilərinin "Zvartnos" aeroportundan çıxarılması fikrimcə, o qədər də çətin olmayacaq. Rusiya bu fakta o qədər də böyük əhəmiyyət verməyəcək".
 


Ekspert bildirib ki, Moskva hazırda bütün diqqərini Gümrüdəki 102-ci bazaya, yəni Ermənistan sərhədlərini qoruyan həbçilərinin bu ölkədə qalmasına yönəldib:

"Zvartnos" məsələsində isə tərəflərin konsensusa gələcəklərini düşünürəm". 

Qeyd edək ki, artıq İrəvan "Zvartnos" hava limanından Rusiya hərbçilərinin çıxarılması tələbini Moskvaya rəsmi şəkildə ünvanlayıb. Onlar cari ilin avqustuna qədər rus sərhədçilərinin aeroportdan çıxarılmasını istəyir. Hələlik Moskva İrəvanın tələbinə hər hansı bir cavab verməyib. 

Rüfət Sultan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
35
qaynarinfo.az

10Mənbələr