AZ

Amerika qoşunları Ukraynada döyüşməyəcək - Ağ Ev

“Amerika qoşunları Ukraynada döyüşməyəcək”.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərə “qorxaqlıq göstərməmək” çağırışını şərh edərkən deyib.“Mən Makronun sözlərini təhlil etməyəcəyəm. Onun mütləq fikrini bildirmək hüququ və imkanı var. Mən yalnız ABŞ prezidenti Co Bayden üçün danışa bilərəm. O, Ukraynadakı münaqişənin əvvəlindən Amerika qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə bildirdi”, - deyə siyasətçi vurğulayıb.Kirbi qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərindən Ukraynaya qoşun göndərməyi tələb etməyib:“Zelenski bunu tələb etmir. O, yalnız vəsait və imkanlar istəyir. Ukrayna lideri heç vaxt xarici qoşunların ölkəsi üçün döyüşməsini istəməyib”, - deyə siyasətçi bildirib.  Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
50
missiya.az

10Mənbələr