AZ

"Ailə və sevgi" - QHT sədri yazır

Yanvar ayında rəsmi statistikaya əsasən, 1728 boşanma halı baş verib. Günə 58 boşanma deməkdir. Qeyri-rəsmi nigahları da nəzərə alsaq bu rəqəm daha çox ola bilər.
Səbəblərdən biri, insanların biri-birini yaxşı tanımadan ailə qurmalarıdır. Bunun da nəticəsi hamıya aydındır. Ya da çoxları romantikaya qapılıb evlənirlər. Romantika şairlər üçün yaxşıdır. Gündəlik həyat poeziya deyil. İnsan ayıq başla qərar verməli və yetkin olmalıdır. Ayıq başla hər kəs həyatına və qərarlarına cavabdeh ola bilir. Həyatının məsuliyyətini dərk edir, birgə yaşayışın nə demək olduğunu bilir, problemləri həll etməyə hazır olur.
Yetkin insan cox gözəl bilir ki, qarşıdan onu güllü-çiçəkli cənnət gözləmir, başa düşür ki, bu həyatdır və qarşısına qızılgüllər də, tıkanlar, kol-koslar da çıxacaq. Bütün bunları qavrayaraq seçim edir. Başqa bir insanla yaşamağa qərar verir və onu sevərək seçir. Düşünərək, dərk edərək, əminliklə seçir. Havalı, romantik, hisslərə qapılmış vəziyyətdə deyil. Belə qurulan ailələrdə sevgi ölmür və ailələr dağılmır. Gerçək sevgi yoxdursa arvad heç vaxt ərinə gözəl görünmür, ər heç vaxt arvadına yaraşıqlı görünmür. Bu insanlar bir-birini tanıyandan sonra hər şey məhv olur, romantika nifrətə çevrilir. Qurulan xəyallar puç olur. Məlum olur ki, sevgi zad yox imiş, eyforiyaya qapılıblarmış.
Demək içində sevgi varsa bütün çətinliyə qalib gəlmək olar, bağışlamaq və bağışlanmaq sevən insana məxsusdur.
 
Zenfira Mustafayevadan
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri

Seçilən
211
13
Mənbələr
Şərh ()
Bağla