AZ

Danışdığımız zaman bu ifadələri işlətmək OLMAZ!- "Sevgi arzulayan şəxslər..." - AÇIQLAMA

Arzulara, edilən dualara və danışdığımız hər sözə xüsusi diqqət göstərmək lazımdır. Çünki onların reallaşma frekansı olduqca yüksəkdir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri parapsixoloq Əfsanə Qasımova bildirib.

 

“Valideyinlərin öz övladlarına əsəbləşərkən istifadə etdiyi “anan ölsün “, “anasız qalasan“ kimi ifadələr də həmin an öz enerjisini yaymağa başlayır. Sözlər çox ağır enerji dalğalarıdır. Doğru zamanda öz təsdiqini tapır".

 

Ə.Qasımova bildirib ki, məhz bu baxımdan, xəyallara və arzulara diqqət etmək və nə istədiyini dəqiq bilmək vacibdir.

 

“Sevgi arzulayan şəxslər “nəfəs alsın yetərlidir”, “sadəcə məni sevsin” , “kasıb olsada olar” kimi ifadələr istifadə etməməldir. "Bir işim olsa idi başımı qatardım" kimi sözlər də iş tapmağınıza mane olur. Çünki ev yığışdırmaq və ya sadəcə uşağa baxmaq, ev işləri, məişət işləri görmək belə şüuraltında iş olaraq qəbul edilir, xəyalınızdakı işi həyatınıza cəzb etməyinizə mane olur.

 

Sözlər həyatınızı idarə edir və buna görə danışdığımız sözlərə diqqət etməliyik”.

 

Ülkər Abdurahmanlı

Seçilən
140
13
Mənbələr
Şərh ()
Bağla