AZ

Pike: "Qvardiola dünyanın ən yaxşı məşqçisidir"

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardioladan danışıb.

Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, o, 2008-2012-ci illərdə Kataloniya təmsilçisinə rəhbərlik etmiş mütəxəssisi dünyanın ən yaxşı məşqçisi adlandırıb:

“Qvardiola dahidir. Mənim üçün və çoxları üçün o, futbol tarixinin ən yaxşı məşqçisidir. Qvardiola bütün lazımi keyfiyyətlərə malikdir. O, "Barselona"nın ən yaxşı dövrünə rəhbərlik edib. Düşünürəm ki, Qvardiola karyeramızda çoxumuza kömək edib. Xosep hər gün sübut edir ki, o, ən yaxşıdır”.
Qeyd edək ki, Qvardiola karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti”ni çalışdırıb. Mütəxəssis bu 3 klubla ümumilikdə 37 kubok qazanıb.

Bizim.Media
 

Seçilən
302
50
bizim.media

10Mənbələr