AZ

"Bizim möhkəm komandamız var" - Andrey Lunyov

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı cavab oyunundan (2:3, ilk oyun - 4:2) sonra 1/8 finala adlamaqları barədə danışıb.

Milli.Az bildirir ki, 32 yaşlı qolkiper Bakıdakı cavab görüşündən sonra Fanat.Az saytının əməkdaşının da suallarını cavablandırıb:

- Oyun haqda təəssüratlarınız necədir?

- Əlbəttə ki, ilk buraxdığım 2 qol məyus etdi. Çünki səfərdəki matçın üstünlüyünü itirdik. Buna baxmayaraq, ruhdan düşmədik. Bizim möhkəm komandamız var. Həm fiziki, həm emosional cəhətdən. Ona görə öz gücümüzə inanırdıq. Tanrıya şükürlər olsun, istədiyimiz nəticə əldə edə bildik.

- Qurban Qurbanov əlavə vaxta hazırlaşanda oyunçulara nə dedi?

- Eşitməmişəm, çünki səsi artıq batmışdı. Mən isə biraz uzaqda idim. Ona görə bunu uşaqlardan soruşmaq lazımdır. Mən başa düşürdüm ki, 10 nəfərlə dözmək məcburiyyətindəyik. Amma bu futboldur. Bu vəziyyətə özümüz düşmüşdük, özümüz də çıxmalıydıq. Şükür ki, bu bizdə alındı.

- Azarkeş dəstəyini necə qiymətləndirirsiz?

- Azarkeşlərə dərin minnətdarlığımı bildirirəm ki, bu cür hava şəraitinə və vaxta baxmayaraq stadiona gəldilər. Onlar bizə dəstək oldular, biz isə bunu qalibiyyətlə ödədik. Düşünürəm ki, hamı xoşbəxtdir. Sadəcə, azarkeşlərin və komandanın birliyinin vacibliyini qeyd edə bilərəm. Azarkeşlərdən xahiş etmək istəyirəm ki, imkan varsa, yerli oyunlara da gəlsinlər. Bu, möhtəşəm olardı. Heç olmasa, bugünkü sayın yarısı olsa, gözəl olar.

- Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydanı tərk etməsinin oyuna necə təsir etdi?

- Bunun nə qədər təsir etdiyini demək çətindir. Azlıqda qalmazdan əvvəl hücumda yaxşı şanslarımız olurdu. Düşünürəm ki, onları reallaşdıra bilərdik. Bu vaxt daha da rahat olardıq. Amma bu, futboldur. Təəssüf ki, belə hallar olur. Hansısa diqqətsizlikdən sonra meydanda ümumi vəziyyət dəyişə bilər. Yaxşı dözə bildik. Hamı yaxşı oynadı, çox sağ olsunlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
4
milli.az

4Mənbələr