AZ

Lunyov azarkeşləri çempionat matçlarına səslədi: “Heç olmasa, bugünkü sayın yarısı…”

“İlk buraxdığım 2 qol məyus etdi. Çünki səfərdəki matçın üstünlüyünü əldən itirdik. Amma buna baxmayaraq, ruhdan düşmədik. Bizim həm fiziki, həm emosional cəhətdən möhkəm komandamız var. Ona görə öz gücümüzə inanırdıq. Tanrıya şükürlər olsun, istədiyimiz nəticə əldə edə bildik”. Bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı cavab oyunundan sonra deyib.

Qolkiper “Qurban Qurbanov əlavə vaxta hazırlaşanda oyunçulara nə dedi” sualına belə cavab verib: “Eşitməmişəm, çünki səsi artıq batmışdı. Mən isə biraz uzaqda idim. Ona görə bunu uşaqlardan soruşmaq lazımdır. Mən başa düşürdüm ki, 10 nəfərlə dözmək məcburiyyətindəyik. Bu vəziyyətə özümüz düşmüşdük, özümüz də çıxmalıydıq. Şükür ki, bizdə alındı”.

Komandasının ümumi hesabda rəqibini üstələyərək 1/8 finala adlamasından danışan Lunyov azarkeşlərə də təşəkkür edib: “Azarkeşlərə dərin minnətdarlığımı bildirirəm ki, bu cür hava şəraitinə və vaxta baxmayaraq stadiona gəldilər. Onlar bizə dəstək oldular, biz isə bunu qalibiyyətlə ödədik. Düşünürəm ki, hamı xoşbəxtdir. Sadəcə, azarkeşlərin və komandanın birliyinin vacibliyini qeyd edə bilərəm. Azarkeşlərdən xahiş etmək istəyirəm ki, imkan varsa, yerli oyunlara da gəlsinlər. Bu, möhtəşəm olardı. Heç olmasa, bugünkü sayın yarısı olsa, gözəl olar”.

Qolkiper Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydanı tərk etməsinin oyuna təsirindən də danışıb: “Bunun nə qədər təsir etdiyini demək çətindir. Azlıqda qalmazdan əvvəl hücumda yaxşı şanslarımız olurdu. Düşünürəm ki, onları reallaşdıra bilərdik. Bu vaxt daha da rahat olardıq. Təəssüf ki, futbolda belə hallar olur. Hansısa diqqətisizlikdən sonra meydanda ümumi vəziyyət dəyişə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
4
futbolinfo.az

4Mənbələr