AZ

“Qarabağ”ın qapıçısı Bakıda yol polisindən şikayətləndi - Bölməyə apardılar

“Qarabağ”ın qapıçısı Andrey Lunev “RB Sport”un müxbirinə müsahibəsində bildirib ki, Bakıda Dövlət Yol Polisinin maşını onu saxladıqdan sonra polis bölməsinə aparılıb.

“Azərbaycanda adaptasiya çoxdan başa çatıb”, - nəşr Lunevdən sitat gətirir. - Aydındır ki, ünsiyyət baxımından “Bayer”dən daha asandır - burada əhali rus dilində danışa bilir. Gündəlik həyatda da daha asandır, lakin əvvəlcə yerli sürücülük tərzinə alışmaq çətin idi. Misirdəki kimi - sürücülər həmişə siqnal verir, istədikləri kimi sürürlər. Eyni zamanda, avtomobili qaydalara uyğun idarə edərkən belə naməlum səbəblərdən saxlanılır və cərimələnirsiniz.

Hətta bir dəfə məni polis idarəsinə aparmışdılar. Ailəmi ticarət mərkəzinə aparıb bazaya getdim. Əsas küçələrdən birində sakitcə maşınla gedirdim. Mən onların yol hərəkəti qaydalarını bilirəm, başa düşürəm ki, birdən zolaq dəyişdirmək olmaz. Qəfildən polis maşını məni saxlayır. Və sonra “fırıldaq” başlayır. Bəs siz sürətlə sürürdünüz, zolaqları sürətlə dəyişirdiniz. Mən dönməli olduğum üçün zolaqları dəyişdirdiyimi izah etdim və kamera görüntülərini göstərməyi istədim.

Üstəlik, həmin vaxt qrip olmuşdum, xəstə görünürdüm, onlar isə mənə içkili olduğumu dedilər. Təklif etdim ki, test götürsünlər, testəm keçdim, lakin məni yenə şöbəyə apardılar. Orada rəis gəldi və yenə mənə başldaı danışmağa ki, zolaqları səhv dəyişmişəm. Mən alkotesterdən danışmağa başlayan kimi o, dərhal rus dilindən Azərbaycan dilinə keçdi. Nəticədə klubdan adam çağırdım, gəlib kömək etdi. Amma yenə də cəriməni ödəməli idim, çünki orada səni polis bölməsinə gətirirlərsə, haqlı və ya haqsız olmağından asılı olmayaraq, ödəməlisən”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
2
buta.media

4Mənbələr