AZ

Lunyov Bakıda bölməyə aparılmasından danışdı

style='margin-bottom:10px;'>

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycandakı həyatından danışıb.

QOL.az xəbər verir ki, o, “RB-Sport”a (Rusiya) müsahibəsində Azərbaycana uyğunlaşma prosesinin çoxdan başa çatdığını söyləyib:

Həmçinin oxuyun: Lunyovdan “Bayer” və “Qarabağ” karyerası ilə bağlı açıqlama

“Aydındır ki, burada ünsiyyət baxımından “Bayer”dən daha asandır. Gündəlik həyatda da asandır. Lakin əvvəl yerli sürücülük tərzinə alışmaq çətin idi. Bu, sadəcə unikaldır. Lap Misirdəki kimi. Onlar həmişə siqnal verir, istədikləri kimi sürürlər. Eyni zamanda, maşını qaydalara uyğun sürəndə də bilmirəm nəyə görəsə səni saxlayır və cərimə edirlər”.

Bu zaman Lunyov Bakıda başına gələn bir hadisəni də danışıb: “Üstəlik, məni artıq bir dəfə polis bölməsinə də apardılar. Bu necə oldu? Ailəmi ticarət mərkəzinə aparıb özüm bazaya qayıdırdım. Oyundan bir gün əvvəl idi.

Əsas küçələrdən birində sakitcə maşınla gedirdim. Mən onların yol hərəkəti qaydalarını bilirəm, başa düşürəm ki, birdən zolaq dəyişdirmək olmaz. Bu, ehtiyatsızlıq deməkdir. Və birdən polis maşını məni saxladı. Sonra dedilər ki, sən guya sürətlə sürürdün, zolaqları tez dəyişirdin. Mən kamera görüntülərini göstərməyi xahiş etdim, dönməli olduğum üçün zolaqları dəyişdirdiyimi izah etdim.  Üstəlik, həmin an qrip olduğumdan xəstə görünürdüm. Ona görə dərhal mənə dedilər ki, içkilisən… Təklif etdim ki, alkotester götürsünlər. Götürdülər. Amma yenə də şöbəyə apardılar. Orada onların rəisi yanıma çıxdı və yenə dedi ki, zolaqları səhv dəyişmisən. Mən alkotesterdən danışmağa başlayan kimi o, dərhal rus dilindən Azərbaycan dilinə keçdi. Axırda klubdan bir adama zəng etdim, gəlib kömək etdi. Amma yenə də cəriməni ödəməli oldum”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
3
teleqraf.com

4Mənbələr