AZ

Lunyovu Azərbaycanda polis bölməsinə aparıblar

“Ailəmi ticarət mərkəzinə aparıb bazaya getdim. Əsas küçələrdən birində sakitcə maşınla gedirdim. Mən onların yol hərəkəti qaydalarını bilirəm, başa düşürəm ki, birdən zolaq dəyişdirmək olmaz, bu, ehtiyatsızlıq deməkdir. Birdən yanıb-sönən işıqları olan polis maşını məni saxladı. Bildirdi ki, avtomobili sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. Mən kamera görüntülərini göstərməyi xahiş etdim”.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ıb qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibəsi zamana deyib. O, daha sonra belə davam edib:

“Üstəlik, həmin vaxt qrip olmuşdum, xəstə görünürdüm. İçkili olduğumu dedilər, təklif etdilər ki, alkotester götürsünlər. Amma yenə də şöbəyə apardılar. Orada onların rəisi yanıma gəlib dedi ki, zolaqları səhv dəyişmişəm. Mən alkotesterdən danışmağa başlayan kimi o, dərhal rus dilindən Azərbaycan dilinə keçdi. Axırda klubdan bir adama zəng etdim, kömək etməyə gəldi. Amma yenə də cəriməni ödəməli oldum, çünki səni polis bölməsinə aparsalar, haqlı və ya haqsız olmağından asılı olmayaraq, ödəməyə borclusan”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
292
32
idmanxeber.az

10Mənbələr