AZ

Qlobal elektrikli avtomobil satışları rekord qırmaqda davam edir

Qlobal elektrikli avtomobil satışları 2023-cü ilin oktyabr ayında təxminən 1,3 milyon ədədlə rekord səviyyəyə çatıb.

MediaPost xəbər verir ki, ekspertlərin fikrincə, bu ilin sonuna qədər elektrikli avtomobillərin satışı 13 milyonu keçəcək. Bu rəqəmlər elektriklə işləyən avtomobillərə qlobal tələbatın sürətlə artmasının davam etdiyini göstərir.

Diqqətinizə çatdıraq ki, 2023-cü ilin oktyabr ayında qlobal elektrikli avtomobil satışları keçən illə müqayisədə 37% artıb.  Elektrikli nəqliyyat vasitələrinin ümumi qlobal avtomobil qeydiyyatında payı 17% təşkil edir ki, bunun da 12%-i tam elektriklə işləyən avtomobillər, 5%-i isə plug-in hibridləridir. Xüsusilə, tam elektriklə işləyən avtomobillər illik 33%, plug-in hibridləri isə 46% artım göstərib. Noyabr və ya dekabr aylarında 1,4 milyon yeni plug-in elektrik avtomobillərinin satışının həyata keçiriləcəyi təxmin edilir. Oktyabr ayında 78.000-dən çox yeni qeydiyyatla “Tesla Model Y” dünya üzrə ən çox satılan model olsa da, Çin istehsalçısı BYD oktyabr ayında “Tesla”nı geridə qoyaraq 290.000-dən çox yeni avtomobil satışı qeydiyyata alıb. 

Qeyd edək ki, ən çox satılan 20 plug-in avtomobil siyahısında Çin modelləri üstünlük təşkil edir. “Volkswagen ID.4”, “ID.3” və “Audi Q4” e-tron kimi markalar da siyahının əvvəlində yer alıb.

Əzizə Həmidova

Xəbərlər departamenti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
404
6
mediapost.az

10Mənbələr