AZ

Huawei-dən böyük sövdələşmə! 5 il ərzində 105 avtomobil vədi

Huawei ağıllı avtomobil dünyasında genişlənmək üçün Çinin Changan şirkəti ilə əməkdaşlıq etdi. Buna uyğun olaraq 5 il ərzində 105 model təklif ediləcək.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Huawei avtomobil dünyasına investisiyalarını artırmağa davam edir. Hazırda Aito və Luxeed adlı alt brendə sahib olan şirkət avtomobillər üçün multimedia həlləri də istehsal edir. Huawei və Changan arasında yeni razılaşma qarşıdakı 5 ildə 105 avtomobil modelini ağıllı hala gətirməyi hədəfləyir.

Huawei, ağıllı avtomobil texnologiyalarına diqqət yetirən yeni bir təşəbbüs başlatdığını açıqladı. Şirkətin açıqlamasına görə, yeni sub-brend Huawei-nin ağıllı avtomobil həllər bölməsinin əsas texnologiyalarından və resurslarından istifadə edəcək. O, bu məsələdə Çin avtomobil istehsalçısı Changan Auto ilə birlikdə çalışacaq.

Müqaviləyə əsasən, Changan Auto yeni müəssisənin 40 faizinə sahib olacaq. Adı hələ müəyyən edilməmiş birgə müəssisə ağıllı avtomobil sistemləri və komponentlərinin AR-GE, istehsalı, satışı və servisini həyata keçirəcək. Bu sahələrə ağıllı kokpitlər, sürücüyə yardım texnologiyaları və elektrik nəqliyyat vasitələrinin güc aqreqatları daxildir.

 

Günel Məlikzadə
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
579
50
fins.az

10Mənbələr