AZ

“Xiaomi”nin xalis mənfəəti 845 milyon dollara çatıb

“Xiaomi” 2023-cü ilin üçüncü rübünün nəticələrini açıqladı.
İndex.az xəbər verir ki, Çin brendinin xalis mənfəəti 182,9 faiz artaraq 845 milyon dollara çatıb.
Digər tərəfdən, şirkətin ümumi gəlirləri 9,92 milyard dollara yüksəlib.
2023-cü ilin üçüncü rübündə dünya üzrə telefon satışlarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 1,1 cüzi azalma qeydə alınıb. Bu azalmaya baxmayaraq, “Xiaomi”nin satışları həm əvvəlki illə, həm də əvvəlki rüblə müqayisədə artıb.
Dünyada smartfon satışı 41,8 milyon ədədə çatıb ki, bu da son altı rübün ən yüksək səviyyəsidir.
Bu dövrdə “Xiaomi”nin smartfon biznesi əvvəlki rüblə müqayisədə gəlirdə 13,8 faiz artım əldə edərək 5,8 milyard dollara çatıb. Ümumi mənfəət marjası əvvəlki ilə nisbətən 7,7 bənd artaraq 16,6 faizlə rekord səviyyəyə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
588
28
index.az

10Mənbələr