AZ

Aİ ilə Özbəkistan arasında razılaşma: Bu məhsullar rüsumsuz keçəcək

Özbəkistana müəyyən məhsulları Aİ-yə rüsumsuz göndərmək imkanı verən GSP Plus statusu daha 4 il müddətinə uzadılıb. Avropa bazarına 6 min növdən çox mal ixracı vergidən azad olmağa davam edəcək.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Özbəkistandakı səfiri Şarlotta Adrian mətbuata açıqlama verib.

O bildirib ki, 10 aprel 2021-ci ildə qüvvəyə minən və bu ilin sonunda başa çatacaq bəzi məhsulların Özbəkistanın Avropa ölkələrinə rüsumsuz ixracına icazə verən status, Aİ tərəfindən 31 dekabr 2027-ci ilə qədər uzadılıb.

“GSP Plus (GSP+) statusu 448 milyon avropalı istehlakçıya daha asan çıxış təmin etməklə və əməkdaşlığı daha sıx inkişaf etdirməklə Özbəkistanda özəl sektorun inkişafına güclü töhfə verir. Özbəkistandan Aİ-yə GSP meyarlarına cavab verən məhsul ixracı 2019-cu ildə 93 milyon avro, 2022-ci ildə isə 450 milyon avro oldu”.

Özbəkistanın İnvestisiya Sənaye və Ticarət nazirinin müavini Badriddin Abidov bəyan edib ki, Aİ-nin Özbəkistanın GSP Plus statusunun müddətinin uzadılması barədə qərarı onun ölkəsində aparılan hərtərəfli islahatların beynəlxalq səviyyədə təqdir olunduğunun göstəricisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
545
1
publika.az

10Mənbələr