AZ

Azərbaycandan qaz tədarüklərinin artması Aİ-də qiymətlərin yüksəlməsinin qarşısını aldı - Avropa Komissarı

Bakı. Trend:

Azərbaycandan qaz tədarüklərinin artması Aİ-də qiymətlərin dahada yüksəlməsinin qarşısını aldı.

Trend Avropaİttifaqının (Aİ) sənədlərinə istinadən xəbər verir ki, bunu maliyyəxidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə Avropakomissarı Meyrid Makqinnes deyib.

O, 18 iyul 2022-ci ildə Azərbaycanla imzalanmış enerjiəməkdaşlığına dair Anlaşma Memorandumunun Aİ-nin öz enerjimənbələrini şaxələndirmə səylərinin bir hissəsi olduğunu qeydedib.

Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan boru qazı tədarükününartması enerji böhranı fonunda Aİ-yə qaz tədarüklərinin artmasınavə qiymətlərin daha da artmasının qarşısını almağa səbəb olub", -komissar deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazınınAvropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhlizvasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsiləAvropa ölkələrinə nəql olunur.

Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilənəsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağıgözlənilir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilətədarüklərin həcmini hazırkı 10 milyard kubmetrdən 2027-ci ildə 20milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
552
50
az.trend.az

10Mənbələr