AZ

Bakı və İrəvan Sülh Sazişinin qısa müddətdə yekunlaşdırılması səyləri ilə bağlı razılığa gəldi

Azərbaycan və Ermənistan sülhlə bağlı Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda keçirilən görüşün yekunları ilə bağlı XİN-in bəyanatında deyilir.

"Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər", - deyə bəyanatda bildirilir.

Seçilən
6
50
unikal.az

10Mənbələr