AZ

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər

Gürcüstan hökumətin praqmatik siyasəti sayəsində 2030-cu ilə qədər Avropa Birliyinə üzv ola bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasındakı çıxışında bildirib.

"Biz optimistik və inanırıq ki, Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzv olmaq istəyi 2030-cu ilə qədər reallaşacaq", - Kobaxidze deyib. 

O, həmçinin “sülhün qurulmasını və davamlı inkişafı təmin etmək” üçün tərəfdaşlarla birgə səyləri davam etdirəcəyini vəd edib: "Biz sülhün qiymətini anlayırıq. Biz öz regionumuzu, Cənubi Qafqazı münaqişə zonasından imkanlar bölgəsinə çevirmək üçün bütün səyləri göstəririk". 

Ukraynadakı münaqişəyə toxunan Kobaxidze əmin edib ki, Gürcüstan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Ağarza Elçinoğlu

Seçilən
0
50
unikal.az

10Mənbələr