AZ

AFFA I Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);

11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilir (maddə 37);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununun 90+4-cü dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Cəbrayıl” klubu 50 manat cərimə edilir (maddə 36.5);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” klubu 70 manat cərimə edilir (maddə 37);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununun 83-cü dəqiqəsində “Baku Sportinq” komandasının 12 nömrəli futbolçusu Hüseyn Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Baku Sportinq” klubu 50 manat cərimə edilir (maddə 36.5);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu “Mingəçevir” komandasının formalarında problem olduğundan gec başladığına görə “Mingəçevir” komandası 80 manat cərimə edilir (maddə 75.6);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununun 30-cu dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 74.2);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında oyun günü planının tələbləri pozulduğuna görə MOİK klubu 100 manat cərimə edilir (maddə 77.1);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında Əsasnamənin tələbləri pozulduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 70.1);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 51.2).

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
sportal.az

10Mənbələr